Bu həftə “Retro Bakı” layihəsində Rahidə Baxış və Yaşar Yusub çıxış edəcək
25.8.2017

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri avqustun 25-də və 26-da saat 19:00-da Fəvvarələr Meydanında baş tutacaq.

İdarədən bildirilib ki, bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənnilər Rahidə Baxış və Yaşar Yusub olacaq.

Bakı sakinlərini və qonaqlarını maraqlı konsert və rəngarəng rəqslər gözləyir.

azertag.az