Xətai rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
25.8.2017

Bu gün saat 10:00-dan işlər yekunlaşanadək Bakı şəhərinin Xətai rayonu, Gəncə, Babək prospektləri, Kombinat, Şirvani, X.Məmmədov, Əhmədli kəndi, İnqilab İsmayılov və Mehmandarov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq
Qaz verilişində fasilə Xətai rayonu, N.Tusi küçəsi 2942B saylı ünvanda yerləşən “AKFA-Tikinti” MTK-ya məxsus 210 mənzilli yaşayış binasına yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədardır.
Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
“Azəriqaz” İstehsalat Birliyi yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.


report.az