Yuğ Dövlət Teatrı beynəlxalq festivalda iştirak edir
25.8.2017

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı keçirilir.
Azərbaycanı festivalda Yuğ Dövlət Teatrının yaradıcı heyəti təmsil edəcək.
Artıq Qazaxıstanda olan teatr heyəti Mikayıl Mikayılovun quruluşunda hazırlanan “Medeya. Sekvensiya 01” tamaşası ilə avqustun 26-da qazaxıstanlı tamaşaçıların görüşünə çıxacaq.
Qazaxıstanın xalq artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr olunan festivalda Yuğ Dövlət Teatrı ilə (Azərbaycan) yanaşı, “Ayna” teatr qrupu (İran), Noqay Dövlət Dram Teatrı (Dağıstan), Həştərxan Dövlət Dram Teatrı (Həştərxan), Auezov adına Qazax Dövlət Akademik Dram Teatrı, Janturina adına Musiqili Dram Teatrı (Qazaxıstan) və başqa teatrlar iştirak edir.
Beynəlxalq tərkibli münsiflər heyətində Azərbaycanı sənətşünaslıq üzrə elmlər doktoru İsrafil İsrafilov təmsil edir.


report.az