“YARAT”da yay düşərgəsinin növbəti tədbiri aktyorluq sənətinə həsr ediləcək
24.8.2017

“YARAT” Müasir İncəsənət Mərkəzində keçirilən “Camping and gramping” adlı yay düşərgəsinin növbəti tədbiri aktyorluq sənətinə həsr ediləcək.

Mövzu ilə bağlı avqustun 25-dən 27-dək düşərgədə xüsusi proqram təqdim olunacaq. Proqramı istedadlı teatr rejissoru İlaya Faiq aparacaq və avqustun 27-si yekun tamaşa göstəriləcək.

Qaydalar dəyişməyib: 8-17 yaş arasında uşaq və yeniyetmələr öz nənə-babaları ilə proqramda iştirak edə bilərlər. Qeydiyyatdan keçmək üçün 050 246 92 92 nömrəsinə zəng etmək və ya info@yarat.az elektron ünvanına müraciət etmək lazımdır. İştirak pulsuzdur.

azertag.az