Azərbaycan filmləri Koreyada beynəlxalq festivalda nümayiş olunur
23.8.2017

Azərbaycan filmləri Koreya Respublikasında təşkil edilən beynəlxalq film festivalında nümayiş olunur.

Avqustun 31-dək davam edəcək festival müxtəliflik və multikultural dəyərlərin təbliğinə həsr olunub.

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə festivala təqdim olunan “Buta” və “Girov” filmləri Seul Tarix Muzeyində nümayiş olunur.

azertag.az