İsfar Sarabski müğənni Zafer Yousiflə konsert turuna çıxır
18.8.2017

Azərbaycanın Əməkdar Artisti İsfar Sarabski bəstəkar, müğənni və ud ifaçısı Zafer Yousiflə konsert turuna çıxır. İsfar Sarabski bu barədə xəbəri “facebook” səhifəsində paylaşıb.

Avqustun 20-də İsfar Sarabski Zafer Yousiflə Qazaxıstanda Astana Opera Teatrında çıxış edəcək. Musiqiçilərin avqustun 27-də isə İsveçrədə Overnye Caz Festivalında (Auvernier Jazz Festival) birgə konserti olacaq.

azertag.az