“Polaroid” şirkəti smartfon bazarına yeni məhsullarını çıxaracaq
18.8.2017

“Polaroid” şirkəti smartfon bazarında yenidən dönüş etməyi planlaşdırır.

Xarici KİV-lərə istinadla xəbər verilir ki, yaxın zamanlarda şirkət iki yeni android smartfonunu və bir tabletini bazara təqdim edəcək. Fotoşəkilləri bir anda çap edən fotokameraları ilə daha çox tanınan “Polaroid”in smartfon istehsal etməsi təəcüblə qarşılanıb. Ancaq qeyd edək ki, bu iki cihaz “Polaroid” tərəfindən çıxarılan ilk smartfon deyil.

azertag.az