Yeddi ayda dəmir yolu ilə sərnişin daşınmasında 30 faiz artım olub
18.8.2017

Dəmir yolu nəqliyyatı ilə bu ilin yanvar-iyul ayında 8,4 milyon ton yük, 1,4 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,6 faiz, sərnişin daşınmasında isə 30 faiz artım müşahidə olunub. Orta hesabla sutkada 353 vaqon yüklənib, 408 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 13,5 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

azertag.az