Almaniyanın “Cyminology” qrupu Bakı Caz Festivalında çıxış edəcək
18.8.2017

Almaniyanın “Cyminology” qrupu Bakı Caz Festivalı çərçivəsində oktyabrın 22-də Rotunda klubunda konsert proqramı ilə çıxış edəcək.

Rotunda klubunda, həmçinin alman caz qrupunun iştirakı ilə seminar təşkil olunacaq. Həmin gün festival iştirakçıları və qonaqlar rejissor Don Çidlin “Truba çalanı öldürməli” filminə baxa bilərlər. Filmdə görkəmli truba çalan Mayls Dyui Deyvisin taleyindən bəhs edilir. Amerikalı caz truba çalanı XX əsr musiqisinin inkişafına böyük təsir göstərib. Cazda bir çox üslub və istiqamətlər, o cümlədən modal caz, kul-caz və fyujn Deyvisin adı ilə bağlıdır.

Oktyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində isə keçənilki Beynəlxalq Caz Müsabiqəsinin qaliblərinin konserti olacaq.


azertag.az