“Neft Daşları”ndakı meydança təmir edilib
17.8.2017

“Neft Daşları”ndakı 1778 nömrəli meydança əsaslı təmir olunub.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, “Azneft” İstehsalat Birliyinin istismar etdiyi neft-qaz yataqlarında hidrotexniki qurğuların tikintisi və təmiri, estakadalarda infrastrukturun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Bu günlərdə “Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQÇİ) istismar etdiyi 784 kvadratmetr sahəyə malik 1778 meydança əsaslı təmir olunaraq istismara verilib. “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən əsaslı təmir işləri zamanı 33 ədəd möhkəmləndirici svay vurulub, 26 ədəd rigel praqon, 21 ədəd metal ferma, suüstü metal əlaqələr və 40 ədəd oturacaq quraşdırılıb, 110 metr uzunluğunda yanğın əleyhinə su xətti çəkilib.

İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə həyata keçirilib. Aparılmış əsaslı təmir işlərindən sonra Dövlət Qəbul Komissiyası tərəfindən meydançanın tikinti norma və qaydalarına uyğunluğu yoxlanılıb və istismara qəbul edilib.

azertag.az