“YouTube”da yeni funksiya
17.8.2017

“YouTube”un “Android” əməliyyat sistemi ilə çalışan smartfonlar üçün olan mobil versiyasında yeni funksiya sınaqdan keçirilir.

“Android Police” saytına istinadən verilən xəbərə görə, yeni funksiya sayəsində istifadəçilər videoları izləyərkən real rejimdə həmin videoya onunla bərabər neçə nəfərin baxdığını görəcəklər. Bu informasiyanın əks olunduğu mətn videonun adının altında və “like” “dislike” düymələrinin üzərində yerləşəcək.

Sayt yeni funksiya ilə bağlı skrinşotları da yerləşdirib.

Yeni funksiyanın nə vaxt istifadəyə veriləcəyi açıqlanmayıb.

lent.az