“YARAT”da canlı musiqi axşamı təşkil ediləcək
16.8.2017

“YARAT” Müasir İncəsənət Mərkəzində 70-80-ci illərin populyar musiqilərindən ibarət musiqi axşamı təşkil ediləcək.
Avqustun 24-də keçiriləcək musiqili gecədə ölkənin tanınmış ifaçıları bir araya gələcəklər.
Həmçinin gecədə ifaçıları pianoçu, bəstəkar Elçin Məmmədov, baraban ifaçısı Əməkdar Artist Tofiq Cabbarov və Azərbaycan Dövlət Simfonik Orkestrin solisti, kontrabasçı Eldar İsababayev müşayiət edəcəklər.
Gecədə iştirak etmək istəyən hər kəs müraciət edə bilər.


report.az