Meditasiya ilə beyin yaşını gəncləşdirmək mümkündür
15.8.2017

Alimlərin yeni araşdırmasına görə, beynin yaşla əlaqədar degenerasiya sürətini azaltmaq mümkündür.

CNN Türk-ə istinadla xəbər verilir ki, hər gün meditasiyaya qısa bir zaman ayırmaqla beyin yaşını 7,5 il gəncləşdirmək olar. Əlli yaşdan sonra meditasiya ilə məşğul olunan hər il üçün beyin 1 ay 22 gün daha gənc qalır.

Tədqiqatçılar yarısı meditasiya ilə məşğul olan 100 nəfər üzərində araşdırma aparıblar. Bu zaman beyin yaşını ölçmək üçün xüsusi brauzerdən istifadə ediblər. Onlar müəyyən bir yaşda beynin necə görünəcəyini araşdırıblar. Nümunə üçün qeyd etmək olar ki, alzeymer xəstələrində beyin digərlərinə nisbətən 10 il daha yaşlı görünür.

Araşdırma nəticəsində təxminən əlli yaşlarında olan və meditasiya ilə məşğul olanların beyninin eyni yaşdakı həmkarlarından yeddi il yarım gənc qaldığı aşkarlanıb.

azertag.az