Dünya şöhrətli fransalı akkordeonçu Riçard Qalliano Bakıda çıxış edəcək
15.8.2017

Dünya şöhrətli fransalı akkordeonçu Riçard Qalliano Bakıda konsert verəcək.

Tədbirin təşkilatçıları bildiriblər ki, bu musiqiçi Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalının əsas qonağı olacaq.

Oktyabrın 20-dən 28-dək keçirilməsi nəzərdə tutulan festival çərçivəsində respublikanın müxtəlif konsert məkanlarında yerli və xarici caz ustalarının iştirakı ilə konsertlər olacaq.

Doqquz gün davam edəcək musiqi bayramı çərçivəsində ustad dərsləri, cem-seyşnlər, caz kino günləri, Azərbaycan caz günləri, gənc ifaçıların müsabiqəsi və art-sərgilər təşkil edilməsi planlaşdırılır.

Festivalın təşkilatçıları vəd edirlər ki, bu il caz həvəskarları yeni istedadlı musiqiçilərin adlarını “kəşf edəcəklər”.

azertag.az