Türkiyədə V Beynəlxalq Koroğlu Festivalı keçiriləcək
15.8.2017

Avqustun 18-də Türkiyənin Bolu şəhərində V Beynəlxalq Koroğlu Festivalı keçiriləcək.

Anadolu Agentliyinə istinadla xəbər verilir ki, bu münasibətlə 150-dək insan Koroğlu dağını ziyarət edib. Ziyarətçilər 1,5 kilometr yol qət edərək Koroğlu dağına türkdilli dövlətlərin bayraqlarını sancıblar. Bayraqlar arasında Azərbaycan bayrağı da yer alıb.

Hər il ənənəvi olaraq keçirilən festival bu il iki gün davam edəcək. Festivalda Azərbaycan da təmsil olunacaq.

azertag.az