Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi rus dili və istedadların inkişafı kurslarına dəvət edir
15.8.2017

Bakı şəhərindəki Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) Rus Dili Tədris-Metodik Mərkəzində müxtəlif kurslara iştirakçılar qəbul edilir.

“Rossotrudniçestvo” agentliyinin nümayəndəliyindən verilən məlumata görə, RİMM-də xarici dil kimi rus dili, rus dilində məktəbəqədər hazırlıq kursları təşkil edilib. Burada məşğələlər qrup halında, hər biri 60 dəqiqədən ibarət olmaqla ayda 8 dəfə keçirilir.

Bundan əlavə, RİMM-in Uşaq Yaradıcılıq Mərkəzi aktyor ustalığı və səhnə danışığı, xoreoqrafiya, uşaq rəqsləri və rəsm yaradıcılıq studiyalarında öz istedadlarını inkişaf etdirməyə çağırır.

RİMM-də müntəzəm olaraq açıq dərslər, hesabat konsertləri və bədii sərgilər keçirilir. Bu tədbirlərdə valideynlər öz uşaqlarının uğurları ilə tanış ola biləcəklər.

RİMM-in Uşaq Yaradıcılıq Mərkəzinin studiyasına və rus dili kurslarına qəbul olunmaq üçün RİMM-ə müraciət etmək lazımdır. Ünvan: Bakı, Xocalı prospekti, 20. Əlavə məlumat üçün telefonlar: +99412494500, +994124964800 və ya elektron poçtu spravkaricc@gmail.com.

azertag.az