“YARAT” da növbəti tədbir heykəltəraşlığa həsr ediləcək
11.8.2017

Avqustun 14-də “YARAT” Müasir İncəsənət Mərkəzində təşkil ediləcək “Camping and gramping” adlı yay düşərgəsinin növbəti tədbiri heykəltəraşlığa həsr ediləcək.

Mövzu ilə bağlı düşərgədə təşkil ediləcək müvafiq dərslər tanınmış heykəltəraş Novruz Məmmədov tərəfindən aparılacaq.

8-17 yaşlı gənclərin iştirak edə biləcəyi proqrama qatılmaq üçün info@yarat.az adlı elektron ünvana müraciət olunmalıdır.

Proqramın son qeydiyyat tarixi avqustun 12-də başa çatır. Qeydiyyat ödənişsizdir.

azertag.az