Əzizə Mustafazadə İtaliyada Beynəlxalq Caz Festivalında çıxış edəcək
10.8.2017

İtaliyada sayca 8-ci Beynəlxalq Nora Caz Festivalı (International Nora Jazz Festival) keçirilir.
Sardiniyada avqustun 2-də başlayan və ayın 12-dək davam edəcək festivalda Azərbaycan da daxil olmaqla, dünya ölkələrinin tanınmış caz ifaçıları iştirak edirlər.
Belə ki, festival beynəlxalq pianoçu, caz ifaçısı, müğənni Əzizə Mustafazadənin çıxışı ilə bağlanacaq.


report.az