“Azəriqaz”: Ölkədə 2 milyon 56 min 346 abonent təbii qazla təmin olunub
8.8.2017

Bu ilin yanvar-iyul ayları ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 52 min 194 yeni abonent qeydiyyata alınıb. Bunun da 24 min 615-i Bakı, Abşeron və Sumqayıt, 27 min 579-u isə regionlar üzrədir.

Birlikdən bildirilib ki, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 56 min 346-ya çatıb.

Avqustun 1-i tarixə olan məlumata görə qeyri-əhali sektoru üzrə 440 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

azertag.az