Minskdə Azərbaycan Mədəniyyəti günləri keçiriləcək
8.8.2017

Belarus paytaxtı Minskdə avqustun 12-də Azərbaycan Mədəniyyəti günləri keçiriləcək.
Tədbir Yuxarı Şəhərdəki meydanda təşkil olunacaq.
Tədbiri Minsk Şəhər İcra Hakimiyyəti, Azərbaycanın Belarusdakı səfirliyinin dəstəyi ilə "Azərbaycan icmaları Konqresi" Beynəlxalq İctimai Birliyi təşkil edir.
Mədəniyyət günlərində "Qafqazın əfsanələri" və "Sarı gəlin" kollektivləri, müxtəlif musiqi müsabiqələrinin iştirakçıları çıxış edəcəklər.
Burada hər bir şəxs rəqslər üzrə ustad dərslərində iştirak edə, eləcə də Azərbaycanın milli yeməklərinin hazırlanmasına necə hazırlandığına baxa bilər.


report.az