Qazaxlı fermerlər zəmilərdən 36 min tondan çox məhsul götürüblər
7.8.2017

Qazax rayonunda taxıl biçini kampaniyası uğurla başa çatıb. Rayonun fermerləri 36 min 469 ton taxıl istehsal ediblər. İstehsal edilən məhsulun 29 min 840 tonu buğda, 6 min 629 tonu isə arpadır.

Rayon icra hakimiyyətindən bildiriblər ki, sahibkarlar 11 min 28 hektar sahədə biçin aparıblar. Sahələrdən yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 min 660 ton, taxıl əkilən sahələr isə 3 min 219 hektar çoxdur.

azertag.az