Ölkəyə idxal edilən yağ və çay bahalaşıb
4.8.2017

Cari ilin 6 ayında ölkəyə idxal olunan kərə yağı və süddən hazırlanmış digər yağların qiyməti bahalaşıb.

Gömrük Komitəsinin statistik göstəricilərinə istinadən xəbər verilir ki, hesabat dövründə 7 767.35 ton kərə yağı idxal edilib. Bu da dəyər ifadəsində 32 688.14 min dollar deməkdir. Ötən ilin yanvar-iyun aylarında 7 801.71 ton kərə yağı və süddən hazırlanmış digər yağlara 27 570.32 min dollar ödənmişdi.

Çayın da idxal qiyməti bahalaşıb. Belə ki, 2016-cı ildə 5 536.92 ton çayın idxal dəyəri 18 669.59 min dollar təşkil etmişdisə, cari ilin yarım ilində 5 423.33 ton çayın idxal dəyəri 21 251.35 min dollar olub.

oxu.az