Caz pianoçusu Elçin Şirinov Polşada “Voicingers-2017” festivalında iştirak edəcək
4.8.2017

Avqustun 10-dan 20-dək Polşanın Jorı şəhərində “Voicingers-2017” festivalı keçiriləcək.

“Voicingers-2017”də tanınmış caz pianoçusu Elçin Şirinov da iştirak edəcək. O, festival çərçivəsində avqustun 14-də və 20-də təşkil ediləcək konsert proqramlarında səhnəyə çıxacaq.

Azərbaycan xalq musiqisinin zəngin repertuarından istifadə edən Elçin Şirinov yeni nəsil caz musiqiçilərinin parlaq nümayəndəsidir. O, post-bop caz musiqi elementlərini Azərbaycan xalq və klassik musiqisinin üslub, melodiya və mikrotonları ilə birləşdirməklə məşhurdur.

azertag.az