Azərbaycan mədəniyyəti Bruklindəki festivalda təqdim olunacaq
4.8.2017

Azərbaycan Nyu-Yorkun Bruklin bölgəsində keçiriləcək Beynəlxalq Dostluq Günü festivalında iştirak edəcək.
Tədbirdə Bruklində yaşayan 100-dən çox millətin, o cümlədən Azərbaycan icmasının nümayəndələri iştirak edəcəklər.
Festival çərçivəsində hər millətin adət-ənənələri və mədəniyyəti təqdim olunacaq.

report.az