"Miss İndoneziya" Bakıda keçiriləcək İndoneziya Mədəniyyət Günlərində iştirak edəcək
4.8.2017

Bakıda sentyabrın 9-11-də paytaxtımızda keçiriləcək İndoneziya Mədəniyyəti Günləri tədbirinin təqdimatı keçirilib.
Tədbirdə çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani sentyabrın 9-da açılış mərasimi çərçivəsində indoneziyalı rəqqasələrin çıxışlarının olacağını, eləcə də tədbirə "Miss İndoneziya"nın qatılacağının gözlənildiyini qeyd edib.
"Ardından Azərbaycanda yaşayan indoneziyalıların və İndoneziyanın dostlarının iştirakı ilə yürüş təşkil edəcəyik", - deyə o bildirib.
Onun sözlərinə görə, sentyabrda Azərbaycana səfər edəcək nümayəndə heyətinin tərkibində həmçinin İndoneziyanın işgüzar dairələrinin nümayəndələri iştirak edəcəklər. Bununla əlaqədar sentyabrın 11-də onların azərbaycanlı həmkarları ilə işgüzar görüş keçirəcəyi planlaşdırılır.
Qeyd edək ki, bu, Azərbaycanda sayca ikinci İndoneziya mədəniyyəti festivalı olacaq.

report.az