“Facebook”da videoəlaqə funksiyası olacaq
3.8.2017

“Facebook” sosial şəbəkəsi videoəlaqəni təmin etmək üçün xüsusi qurğu hazırlayır.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Mənbələr bildirib ki, ev şəraitində istifadə üçün nəzərdə tutulan qurğu noutbuk ekranına bənzər sensor ekrana malik olacaq. Bu ekran və ağıllı kamera texnologiyası sayəsində videoəlaqə vasitəsilə danışan insanlar özlərini eyni otaqdakı kimi hiss edəcəklər.

Qurğunun hazırlanması prototip mərhələsində olsa da, artıq yeni texnologiya test rejimində istifadə olunur.

lent.az