Bu il Azərbaycanda 140 min tondan çox metanol istehsal edilib
3.8.2017

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan "SOCAR Methanol” MMC 140 min tondan çox metanol istehsal edib.
Bu barədə şirkətdən məlumat verilib.
Qeyd edək ki, hazırda ölkənin yeganə metanol istehsalçısı olan “SOCAR Methanol” “Made in Azerbaijan” brendi ilə son istifadəçilər üçün nəzərdə tutulmuş yeni məhsulların istehsalı ilə bağlı tədqiqat işləri aparır.

report.az