Xalq Artisti Qəbələdə konsert verəcək
3.8.2017

Avqustun 19-da Xalq Artisti Ənvər Sadıqovun “Təəssürat” adlı solo konserti olacaq. Konsert Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində baş tutacaq. Tədbirin media tərəfdaşı Milli Turizm Təbliğat Bürosudur.

Bürodan bildirilib ki, istedadlı qarmon ifaçısı konsertdə 19 musiqi parçası səsləndirəcək.

Biletləri Bakıda və Qəbələdə “Qafqaz” otellərindən almaq olar.

azertag.az