Qazaxda inşa olunan yeni bağça yaxın günlərdə istifadəyə veriləcək
2.8.2017

Qazax şəhərində inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçası yaxın günlərdə balaca fidanların istifadəsinə veriləcək.

Rayon icra hakimiyyətindən bildiriblər ki, yeni inşa olunan 1 nömrəli körpələr evi-uşaq bağçasının binası 2 korpusdan ibarətdir. Bağçanın əsas korpusu üçmərtəbəlidir.

Hazırda binanın fasadı rənglənir.

azertag.az