SOCAR iyulda 2 min tona yaxın təyyarə yanacağı ixrac edib
2.8.2017

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin iyul ayında 32 625 ton dizel yanacağı, 1 968 ton təyyarə yanacağı, 6 360 ton yüksək təzyiqli polietilen, 586 ton mütləqləşdirilmiş izopropil spirti, 2 976 ton maye piroliz qətranı, 2 504 ton propilen və 1 058 ton butilen butadien fraksiyası ixrac edib.
Bu barədə SOCAR-dan məlumat verilib.
Ümumilikdə, 2017-ci ilin yanvar-iyul ayları ərzində 348 180 ton dizel yanacağı, 26 054 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 54 171 ton yüksək təzyiqli polietilen, 6 405 ton mütləqləşdirilmiş izopropil spirti, 37 277 ton maye piroliz qətranı, 24 662 ton propilen və 16 378 ton butilen butadien fraksiyası ixrac edilib.
Cari ilin iyul ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 509,92 ABŞ dolları, təyyarə yanacağının qiyməti 474,06 dollar, dizel yanacağının qiyməti 435,01 dollar, 1 faizli kükürdlü mazutun qiyməti 286,5 dollar, yüksək təzyiqli polietilenin qiyməti 1 163,75 dollar olub. Həmçinin butilen butadien fraksiyasının qiyməti 515,66 dollar, maye piroliz qətranının qiyməti 509,92 dollar, propilenin qiyməti 790 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti 1 335 avro təşkil edib.

report.az