Bələdiyyələrin müasir rəqəmsal xəritələri hazırlanır
1.8.2017

Torpaqların kadastr uçotu məlumatları əsasında şəhər, qəsəbə, kənd bələdiyyələrinin müasir rəqəmsal xəritələri hazırlanır.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, bu işlər Gəncə, Sumqayıt, Şəki şəhərlərinin, Xızı və Salyan rayonlarının inzibati sərhədləri daxilində yerləşən bələdiyyələr üçün artıq yekunlaşıb.

Bakı şəhərinin isə 53 bələdiyyəsindən 51-nin xəritələrinin hazırlanması işi yekunlaşmaq üzrədir.

trend