Rezidenturaya boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb
1.8.2017

Dövlət İmtahan Mərkəzi rezidenturaya boş qalan plan yerlərinə müsabiqənin nəticələrini açıqlayıb.
DİM-dən verilən məlumata görə, 2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 13 namizəd ərizə ilə müraciət edib, onlardan 11 namizəd qəbul olub.
Rezidenturaya qəbul olanlar tələb edilən sənədləri avqustun 2 və 3-də Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.


report.az