DİM qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərə müraciət etdi
1.8.2017

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərinə müraciət edib.

Mərkəzdən verilən məlumata görə, V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçimi avqustun 5-dən 10-dək aparılacaq. Qeyd olunan abituriyentlər yalnız avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər.

I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.

trend.az