Diana Arbenina: Azərbaycanlılara çox isti münasibətə görə minnətdaram
1.8.2017

Azərbaycanlılara çox isti münasibətə görə təşəkkür edirəm. Bakı dünyanın ən gözəl, durmadan çiçəklənən şəhərlərindən biridir. Qədimliklə müasirliyin harmoniyası insanı valeh edir. Burada əsl dostluq ab-havası hökm sürür.

Bunu müsahibəsində “Jara” festivalının iştirakçısı, Rusiyanın tanınmış rok ifaçısı Diana Arbenina deyib.

Festivalın yüksək səviyyədə təşkil olunduğunu söyləyən Diana Arbenina pozitiv emosiyaların ətrafa şəfəq saçdığını vurğulayıb: “Bir daha qeyd etmək istərdim ki, təşkilatçılar hər nüansı incə detalına qədər dəqiqliklə düşünüblər. Bu mötəbər musiqi bayramının illərlə davam edəcəyinə və tarixə çevriləcəyinə əminəm. Gələcəkdə də “Jara”da iştirakı məmnunluqla gözləyəcəyəm”.



azertag.az