Xızrı Şıxsəidov “Dostluq” ordeni ilə təltif edilib
1.8.2017

Prezident İlham Əliyev Xızrı Şıxsəidovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Xızrı İsayeviç Şıxsəidov “Dostluq” ordeni ilə təltif edilib.


report.az