Dima Bilan: “Jara” dünya miqyasında parlaq musiqi hadisəsidir
31.7.2017

Mən Azərbaycana, Bakıya həmişə xüsusi məmnuniyyət hissi ilə gəlirəm. Bu gözəl, əsrarəngiz diyarın sakinləri mənə hər zaman qonaqpərvərlik və səmimiyyət göstərir. Əlbəttə, yaradıcılığımı izləyənlər, ifamı dinləyənlər, məni sevənlər var. Bu da məni olduqca sevindirir.

Bu fikirləri jurnalistlərə müsahibəsində “Jara” festivalının iştirakçısı, Rusiyanın tanınmış müğənnisi Dima Bilan söyləyib.

“Jara” festivalını bütövlükdə dünya miqyasında parlaq musiqi hadisəsi adlandıran Dima Bilan bu möhtəşəm bayrama Rusiyanın, eləcə də dünyanın tanınmış estrada ulduzlarının toplaşdığını vurğulayaraq deyib: “Bu mükəmməl musiqi bayramının bir parçası olmaq məni sevindirir. Əminəm ki, tamaşaçılar dörd gün şəfəq saçan bu festivalı hələ uzun müddət xatirələrində yaşadacaqlar. Çox istərdim ki, “Jara” ənənəvi xarakter alsın”.

azertag.az