“Retro Bakı” layihəsi davam edir
31.7.2017

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” konsertləri paytaxt sakinləri və şəhərimizin qonaqlarına maraqlı anlar yaşadıb.

İdarədən bildirilib ki, Fəvvarələr Meydanında keçirilən növbəti konsertdə İlahə İbadova, Leyla Ramazanlı, Lətafət Məhərrəmli, Mircabbar Mirbabayev, Aynur Əliyeva, Kübra Hüseynova, Rasim Mustafazadə, Mirfərhad Həbibi, Nizami Nikbin, Orxan Hüseynov və digər tanınmış estrada müğənniləri, Limberq adına “İqray qarmon” ansamblı, “Nuray” şou qrupu öz çıxışları ilə tamaşaçıların zövqünü oxşayıblar. Konsertdə, həmçinin “Cəngi” estrada-folklor ansamblının ifasında milli və dünya xalqlarının rəqsləri təqdim olunub.

Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır. “Retro Bakı” sentyabrın 15-dək hər həftəsonu axşam saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı ilə paytaxt sakinləri və qonaqlarının görüşünə gələcək.

azertag.az