Milli Kitabxanada Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilmiş sərgi açılıb
31.7.2017

İyulun 31-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr edilmiş kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, tədbirdə direktor müavini Ədibə İsmayılova və kitabxananın şöbə müdirləri Rəna Əsədova, Gülər Hüseynova Azərbaycan dili və əlifbasının tarixindən və zənginliyindən söz açıblar. Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi tədbir iştirakçıları və oxucular tərəfindən maraqla qarşılanıb.

azertag.az