Abituriyentlərin V qrup üzrə ixtisas seçimi avqustun 5-dən başlayır
31.7.2017

Ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəyən və qabiliyyət imtahanlarından müvəffəq qiymət alan abituriyentlər üçün ixtisas seçimi avqustun 5-dən 10-dək aparılacaq.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentlər yalnız avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiqləyə bilərlər.
Xatırladaq ki, I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər hər iki qrupun ixtisaslarını seçə bilərlər.


report.az