Vaqif Mustafayev Milli Kino Mükafatına layiq görülüb
31.7.2017

2 Avqust Milli Kino Günü ilə əlaqədar olaraq Azərbaycan kinosuna verdiyi töhfələrə görə Xalq artisti, kinorejissor Vaqif Behbud oğlu Mustafayev Milli Kino Mükafatına (2000 manat) layiq görülüb.

Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətindən məlumat verilib.

trend