UNEC magistrləri üçün Avropa əmək bazarına çıxış imkanı-HIGHERED-Global Talent Network
31.7.2017

UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanı əldə ediblər.

UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, bu üstünlüyü onlara UNEC Biznes Məktəbinin tam hüquqlu üzvü olduğu EFMD təşkilatı verib.

MBA proqramında təhsil alan magistrlər EFMD-nin “HIGHERED - Global Talent Network” adlı işə düzəlmə şəbəkəsi vasitəsi ilə ölkə hüdudlarından kənarda da əmək bazarına çıxış əldə edə biləcəklər.

Xaricdə çalışmaq istəyən MBA proqramının bilikli və bacarıqlı magistrləri bu qlobal portala daxil olmaq üçün https://unec.higheredtalent.org/Login ünvanında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün lazım olan unec.edu.az domeynli email ünvanını UNEC Biznes Məktəbinə müraciət etməklə əldə edə bilərsiniz.

Magistrlər portalda qeydiyyatdan keçdikdən həmən sonra Avropa Birliyi ölkələrində və digər qlobal regionlarda iş axtarışına başlaya biləcəklər.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.

trend