“YARAT” Müasir İncəsənət Mərkəzində uşaqlar üçün ustad dərsləri keçiriləcək
28.7.2017

İyulun 29-da “YARAT” Müasir İncəsənət Mərkəzində uşaqlar üçün “Tematik təsviri incəsənət” adlı ustad dərsləri keçiriləcək.

Rəssam Nərminə Bağırova tərəfindən aparılacaq ustad dərslərində 3-12 yaşlı uşaqlar iştirak edəcəklər.

Dərslərdə uşaqların fikirləri üzərində nağılların yazılması, onların sevimli personajları və qrup iştirakçılarının fikirləri üzərində ümumi kollajın yaradılması mövzularından danışılacaq. Eyni zamanda, balacaları maraqlandıran suallar cavablandırılacaq.

azertag.az