“Retro Bakı” layihəsi çərçivəsində bu həftə də maraqlı konsertlər olacaq
27.7.2017

“Retro Bakı” layihəsinin növbəti konsertləri iyulun 28-i və 29-da saat 19:00-da Fəvvarələr Meydanında olacaq.

Konsertlər Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilir.

İdarədən bildirilib ki, bu həftənin konsert proqramında tanınmış müğənnilər maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görüşünə gələcək.

azertag.az