“Rəssamla tanışlıq” layihəsi çərçivəsində növbəti tədbir fotoqrafiyaya həsr olunacaq
27.7.2017

“YARAT” Müasir İncəsənət Mərkəzində “Rəssamla tanışlıq” layihəsi çərçivəsində növbəti tədbir fotoqrafiyaya həsr ediləcək.

Mədəniyyət ocağının növbəti qonağı tanınmış fotoqraf Elmar Mustafazadə olacaq. İyulun 31-də keçiriləcək tədbirdə fotoqrafiya sənətinə aid suallar cavablandırılacaq, bu sahəyə dair məsələlər müzakirə ediləcək. Tədbirdə iştirak sərbəstdir.

Dünyanın bir sıra ölkələrində sərgiləri təşkil olunan E.Mustafazadə yaradıcı fotoqrafiyada sənədli-bədii üsluba üstünlük verir. 2009-cü ildən peşəkar fotoqrafiya ilə məşğul olan fotoqraf Azərbaycan Fotoqrafları Birliyinin “İlin debütü – 2011” mükafatına layiq görülüb.

azertag.az