Azərbaycan Kiyevdə keçirilən beynəlxalq aviasiya toplatısında iştirak edib
24.7.2017

Kiyevdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya dövlətlərinin aviasiya administrasiyalarına dəstək layihəsi üzrə işçi qrupunun ikinci iclası keçirilib. Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən İclasda Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının nümayəndələri iştirak ediblər.
İşçi qrupunun ilk görüşü ötən ilin iyul ayında Kişinyovda keçirilib. Layihə Avropa İttifaqı Şurası tərəfindən maliyyələşdirilir və 4 il müddətinə nəzərdə tutulub. Layihənin əsas məqsədi dayanıqlı mülki aviasiya administrasiya sisteminin təmin olunmasında iştirakçı dövlətlərin aviasiya qurumlarına yardım göstərilməsi, habelə uçuşların təhlükəsizliyi və aviasiya təhlükəsizliyi sahəsində qaydaların Avropa standartları ilə harmonizasiyasıdır. Layihəyə həmçinin yük və poçt aviasiya təhlükəsizliyi komponenti da daxil edilib.
İclasda ötən il ərzində görülən işlər barədə məlumat verilib, proqram çərçivəsində gələcək addımlar müzakirə olunub və EASA (Avropa Aviasiyada Təhlükəsizlik Agentliyi) komandası tərəfindən hər bir iştirakçı dövlət üçün işlənib hazırlanmış təlim layihələri nəzərdən keçirilib.
Müzakirələr zamanı xüsusi diqqət Avropa qaydalarının iştirakçı dövlətlərin milli qanunvericiliyi ilə adaptasiyası, qərb və şərq aviasiya texnikasının birgə istismarına imkan verən qaydalar, pilotsuz uçuş aparatlarının ("dronlar") əməliyyatlarının tənzimlənməsi və qeydiyyatı üzrə qaydaların işlənib hazırlanması, həmçinin dövlətlər tərəfindən uçuşların təhlükəsizliyinin təmin olunmasının yoxlanılması üzrə ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) universal proqramı çərçivəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması sahəsində iştirakçı dövlətlər arasında məlumat və təcrübə mübadiləsinə yetirilib.



report.az