Nazirlik işçi axtarır – Müsabiqə
14.7.2017

Mədəniyyət və Turizm Nazirliyi pedaqoji kadrların işə qəbulu üzrə IV müsabiqəsini keçirəcək.
Respublikanın uşaq musiqi və incəsənət məktəblərinə, mərkəzlərinə pedaqoji kadrların işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qəbulu 15-24 avqustda aparılacaq.

Müsabiqənin müsahibə mərhələsi isə 28 avqust-11 sentyabrda keçiriləcək. Pedaqoji kadrlara tələbata dair cədvəl, müsabiqənin aparılması qaydaları və elektron ərizə forması Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytının (www.mct.gov.az) “Elanlar” bölməsində avqustun 15-də yerləşdiriləcək.


axar.az