Məşhur meksikalı aktrisa və müğənni Ana Alisiya Salas Bakıda çıxış edib
13.7.2017

Bakıda Meksikanın məşhur aktrisası və müğənnisi Ana Alisiya Salasın çıxışı baş tutub.
Meksikanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, A.A.Salas dünya şöhrətli meksikalı rəssam Frida Kalonun həyatı haqqında monoloqu təqdim edib.
Adıçəkilən təqdimat əsasında tamaşaçılar Meksika incəsənətinin ikonası, XX əsrin dünya səviyyəsində ən tanınmış rəssamlardan biri Frida Kalonun həyatının müxtəlif dövrləri ilə tanış olublar. Eyni zamanda, publika A.A.Salasın ifasında ənənəvi Meksika musiqisi ilə tanış olmaq imkanı əldə edib.


report.az