Azərbaycan-Mərakeş hökumətlərarası komissiyasının növbəti iclası oktyabrın sonlarında Bakıda keçiriləcək
13.7.2017

Oktyabrın sonlarında Bakıda ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Mərakeş hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək.
Mərakeşin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bununla əlaqədar Mərakeşin xarici işlər naziri, Mərakeş tərəfdən hökumətlərarası komissiyanın həmsədri Naser Burita Bakıya səfər edəcək.
Səfirlikdən bildiriblər ki, hazırda tədbirin dəqiq tarixi və proqramı işlənib hazırlanır.
Qeyd edək ki, Azərbaycan tərəfdən hökumətlərarası komissiyaya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov başçılıq edir.


report.az