“Söz” ədəbi layihəsi çərçivəsində növbəti tədbir - “Zəhra”
13.7.2017

İyulun 14-də Beynəlxalq Muğam Mərkəzində müharibə və münaqişələr zamanı xəsarət almış və həlak olmuş günahsız uşaqların xatirəsinə həsr olunan “Zəhra” adlı tədbir keçiriləcək.
Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Söz” ədəbi layihəsi çərçivəsində Cabir Novruz Fondu, Beynəlxalq Muğam Mərkəzi, “ASAN Radio” və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən təşkil olunacaq.

Respublikanın tanınmış şair və yazıçılarının, incəsənət xadimlərinin iştirak edəcəyi tədbir “ASAN Radio”da canlı yayımlanacaq.


azertag.az