“Sumqayıt” futbol klubunun üç futbolçusu U-17 millisinə dəvət alıb
12.7.2017

Azərbaycanın U-17 milli komandası təlim-məşq toplanışı keçirəcək. Toplanışda “Sumqayıt” futbol klubunun 3 futbolçusu - Səbuhi Abdullazadə, Rüfət Abdullazadə və Asəf Əliyev də yer alacaq.

Bu barədə “Sumqayıt” futbol klubunun mətbuat xidmətindən bildiriblər.

Millinin toplanışı iyulun 10-dan 17-dək Bakı şəhərində, 18-dən avqustun 2-dək isə Qax rayonunda olacaq.

azertag.az